Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Tehrandakı zorakılıq fonunda İsrail hədələri sərtləşdirir, BMT isə gecikmiş debatlara hazırlaşır..." İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 19-da Knessetdə çıxışı zamanı İrana açıq hədələr səsləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri məlumat yayıb.
İsrail baş nazirindən sərt mesajlar Netanyahu bildirib ki, Tehran İsrailə qarşı hər hansı səhvə yol verərsə, cavab indiyədək üzləşmədiyi gücdə olacaq.
"Əgər İran səhv edərək bizə hücum etsə, onun indiyə qədər görmədiyi güclə cavab verəcəyik", - deyə o, müxalifətin təşəbbüsü ilə keçirilən "40 imza debatları" zamanı bildirib.
Baş nazir əlavə edib ki, İranda baş verənləri proqnozlaşdırmaq çətindir, lakin ölkə əvvəlki vəziyyətinə qayıtmayacaq.
Onun sözlərinə görə, İsrail İranda baş verən hadisələri diqqətlə izləyir və İran vətəndaşlarının azadlıq, rifah və ədalət uğrunda mübarizəsi böyük təəssürat doğurur.
BMT-nin İrana gecikmiş reaksiyası Bu fonda BMT-nin İnsan Hüquqları Şurası İranda baş verən hadisələrlə bağlı "təcili debatlar" çağırdığını açıqlayıb.