Biz İspaniya ilə ticarət istəmirik Tramp

08.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarətin dayandırılmasını və iki ölkə arasında rəsmi səfərlərin həyata keçirilməməsini tələb edib.

Redaktor.az bu haqda "Fox News"a istinadla məlumat verir

Tramp bildirib ki, buna səbəb İspaniyanın NATO daxilində kifayət qədər öhdəlik yerinə yetirməməsi və alyansın fəaliyyətinə lazımi töhfə verməməsidir.

"İspaniya ümidsiz bir vəziyyətdir. Biz İspaniya ilə daha çox ticarət istəmirik. İspaniya NATO-nun dəhşətli tərəfdaşıdır. Onlar iştirak etmir, pul ödəmirlər. Mən İspaniya ilə heç bir əlaqəm olmasını istəmirəm. İspaniya ilə bütün ticarəti dayandırın", – deyə ABŞ prezidenti bildirib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью