Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tofiq Nurəli Mirmehdi Ağaoğlunun səksəninci illər ədəbi nəsli ilə bağlı tənqidi yazısına şeirlə irad bilirib.Bu barədə Mirmehdi Ağaoğlu öz sosial şəbəkə hesabında yazıb.
O, bildirib: "Ötən gün şair Tofiq Nurəli Vatsapıma yazıb səksənincilər nəsli barədə Kulis.az-a verdiyim açıqlamaya etirazını bildirdi: "Biz itib-zad eləməmişik".
Deyəsən ürəyi soyumayb, bu mözuda yazdığı şeirini də yolladı.
Şeiri oxuyub, özünə yazdım ki, ay Tofiq müəllim, siz elə mənim fikirlərimi şeirlə söyləmisiz, nəyə etiraz edirsiz?
Siz də oxuyub, fikrinizi bildirərsiz. Düz demirəm, siz Allah?! P.S. Yəqin şeiri burda paylaşdığıma görə Tofiq müəllim etiraz etməz.
İnsafən pis şeir də deyil. Mənim yaşıdlarımMənim yaşıdlarım tez qocaldılar Elə mənqarışıq, özümqarışıq.
Dostlara baxmağa utanır adam Saçlar bəyazlaşıb, alın qırışıq. Bilmirəm nə idi sıxan-sındıran Biz hansı fitnənin felinə düşdük?