“BİZ” milli birliyə ayna tutub

19.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Dirçəliş Günü münasibətilə Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi milli birlik və həmrəyliyə həsr olunmuş “BİZ” sənədli filminə baxış keçirilib.
Mərasimdə Macarıstanda yaşayan həmvətənlərimiz, Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Budapeştdəki Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Azərbaycan xalqının milli oyanış və azadlıq mübarizəsindən, Vətən müharibəsindəki tarixi rəşadətindən söhbət açıb.  
Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova xalqımızın müstəqillik və suverenlik uğrunda mübarizəsinin möhtəşəm quruculuq meydanında davam etdiyini diqqətə çatdırıb. Diplomat Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz birlik və həmrəyliyin tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. 
Sonra “BİZ” sənədli filmi nümayiş etdirilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью