Biz müharibə axtarışında deyilik Pezeşkian

31.08.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İran müharibə axtarışında deyil, amma istənilən təcavüzü cavabsız qoymayacaq.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşməzdən əvvəl deyib.

"Biz müharibə axtarışında deyilik və bu, indiyədək dünyaya elan etdiyimiz aydın bir mesajdır", - o bildirib.

Pezeşkianın fikrincə, regionda qeyri-sabitlik və gərginlik heç bir ölkənin xeyrinə deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью