“Biz onların belini qırmışıq”

02.01.2025

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Zərdüşt Əlizadə: “Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır”

“Ermənistanın sürtətlə silahlanması mövcud status-kvoya təsir etməyəcək. Çünki Azərbaycan 44 günlük Vətən mharibəsində Ermənistanın belini qırıb, onun hərbi potensialını sıradan çıxarıb. Yenidən özünə gəlməsi üçün ona ən azı bir qərinə vaxt lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Ermənistanın proseslərə təsir göstərmək cəhdi heç nəyi dəyişməyəcək:

“Azərbaycan Vətən müharibəsində əldə etdiyi qəti qələbə ilə hər şeyi həll edib. Dünya Azərbaycanın qələbəsini tanıyıb. Ermənistanın hərbi potensialının 80%-dən çoxu məhv edilib. Buna görə də, Ermənistan müəyyən dövlətlərdən hansısa silahlar alması, bununla guya nələrəsə nail olmaq cəhdi əbəsdir. Ermənistan öz itkilərini yaxın gələcəkdə bərpa edə bilməyəcək”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью