Biz onsuz da həmişə ikimizin cahanda... Günün şeiri

11.10.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Günün şeiri rubrikasında Pablo Nerudanın "Həmişə" şeirini təqdim edir.
Əvvəllər nə olubsa, olub:
daha dəyməz qısqanmağa

Lap bir kişi çiyinlərinin
axasında gəl,
lap saçlarının topasındakı
yüz kişiylə gəl,
lap bədəninin hər yerinə səpələnmiş
min kişiylə gəl
lap nə vaxtsa sularında boğulmuş bədənlərlə dolu
çayla gəl:
qarşılayır çayı qəzəbli dəniz,
əbədi daynayan köpük – zamandı!

Və gətir hamısını
səni gözlədiyim yerə...

Biz onsuz da həmişə ikimizin cahanda,
ikimizik,
təkcə bizik:
təkcə sənlə mən varam ki,
Yerdə həyat başlasın.

Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE Tanınmış Hollivud aktyoru evində ölü tapıldı “Mənim sehrli dünyam” filmi beynəlxalq festivalda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью