Biz oynadıq, onlar qələbə qazandılar Ayxan Abbasov

23.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"İlk öncə azarkeşlərimizə minnətdarıq ki, soyuq havada komandamızı dəstəklədilər. Oyun haqqında qısa danışacağam. Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı. Bir epizoda girdilər, qol oldu. Amma biz 3 dəfə yüz faizlik epizodu dəyərləndirə bilmədik. Bir qol lazım idi, amma bunu edə bilmədik. Gələn oyunlara baxacağıq, çempionat davam edir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью