Biz Özbəkistanla Azəbaycanın daha yaxın olacağını proqnozlaşdırırıq Azər Həsrət

27.01.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Elm müsabiqə təşəbbüslərinin getdikcə artacağı da birmənalıdır, çünki ortada dövlət rəhbərlərinin iradəsi var"

Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müsabiqə çərçivəsində ⁠energetika, neft-kimya və materialşünaslıq; ⁠kənd təsərrüfatı və biotexnologiya; ⁠informasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya; ⁠ekologiya və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması; ⁠memarlıq, tikinti, dizayn və şəhərsalma elmləri; ⁠farmakologiya və əczaçılıq elmləri.

Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası məqsədilə qarşı ölkədən tərəfdaş müəyyən etməli və hər iki ölkənin müsabiqə şərtlərinə uyğun olaraq eyni mövzu üzrə birgə elmi layihə təqdim etməlidirlər. Müsabiqənin bütün mərhələlərində yalnız hər iki tərəfin müsbət rəyini almış layihələr növbəti mərhələyə buraxılacaq. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanla digər türk dövlətləri arasında istənilən sahədə qarşılıqlı inteqrasiya proseslərinin aparılması təbiidir. Çünki istər Özbəkistan, istər Azərbaycan Respublikası, istərsə də digər türk respublikaları, bir-biriylə daha sıx əməkdaşlıq üçün müxtəlif sahələrdə bu cür addımlar atırlar, o cümlədən də elm və təhsil sahəsində: 

- Biz gələcəkdə, həm də çox uzaqda olmayan gələcəkdə Özbəkistanla Azəbaycanın daha yaxın olacağını proqnozlaşdırırıq, bu yöndə gözləntilərimiz var. Üstəlik də dövlət başçılarının iradəsi göz önündədir. Türk dövlətləri yaxın gələcək üçün bir -biriylə o qədər yaxın olacaqlar ki bu gün Avropa dövlətləri arasındakı mövcud vəziyyət türk coğrafiyasında da yaranacaq. Təkcə elm və təhsil sahəsində deyil, ticarətdə, gömrük, sərhəd-keçid məsələsində (Şengen vizası kimi), qarşılıqlı səyahətlər məsələsində. Təbiidir, Azərbaycan buna könül vermiş dövlətdir və sevindicidir ki qardaş Özbəkistan da, digər türk dövlətləri də bu məsələlərdə bizimlə eyni fikirdədirlər, eyni cür də davranırlar. Bunları nəzərə alaraq dəyərləndirmək lazımdır elm müsabiqəsi keçirilməsi təşəbbüsünü. Belə təşəbbüslərin getdikcə artacağı da birmənalıdır, çünki ortada dövlət rəhbərlərinin iradəsi var. Xalqların da bir-biriylə daha yaxın olmağa can atması haqqında əlavə şərhə ehtyac yoxdur. Türk xalqı həqiqətən də bir-birinə münasibətdə yaxşı örnək təşkil edir dünya üçün. Bu baxımdan Azəbaycan Özbəkistan əlaqələri əlbəttə, müsbət dəyərləndirilməyə layiqdir. 

Elm müsabiqəsinin istiqamətlərinə gəlincə, A.Həsrət bildirdi ki, burada diqqəti cəlb edən müasir çağırışların tələblərinə cavab verəcək layihələrin üstünlük təşkil etməsidir. Şübhəsiz ki, ortaq layihələrin hər iki türk dövləti tərəfindən birgə həyata keçirilməsi və həmin sahələrdə inkişafa və yeniliklərə səbəb olacağı gözlənilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью