Biz Qarabağda Ermənistan üçün döyüşə bilməzdik, çünki... Putin

28.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“KTMT-nin Qarabağda Ermənistan uğrunda döyüşmək öhdəliyi yox idi. Çünki İrəvana qarşı hər hansı təcavüzdən söhbət getmirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Astanada keçirilən iclasında deyib.

“Ermənistanın KTMT-yə tamhüquqlu şəkildə qayıtması ehtimalı hələ də var. İrəvan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Həmçinin KTMT-dən çıxdığını da elan etməyib”, – Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə İrəvanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb. Ermənistan rəsmi səviyyədə təşkilatın tədbir və hərbi təlimlərinə qatılmır. Buna səbəb kimi isə Azərbaycanla müharibədə KTMT üzvlərinin İrəvanın yardım istəyinə cavab verməməsini göstərir.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью