“Biz Ruslanı satmadıq, pul qazanmadıq” Rahid Əmirquliyev Voronsovun “Səbail”ə transferindən danışdı

23.01.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birinci liqada mübarizə aparan “Şahdağ Qusar”da ayrılıq baş verib. Komandanın əsas oyunçularından biri Ruslan Voronsov “Səbail”ə transfer olunub.

Yayda “Qəbələ”dən ayrılan, “Şahdağ Qusar”a keçən hücumçunun transferindən Şimal təmsilçisi pul qazana bildi? Ruslan özü ayrılmağı təkid etdi?
Bu barədə klub prezidenti Rahid Əmirquliyevin fikirlərini öyrəndik:

“Ruslanla yollarımızın ayrılmasını istəməzdik. Yaxşı futbolçudu, bombardirlər siyahısında gedir. Belə futbolçunu heç bir komanda itirmək istəməz. Amma məsələnin başqa tərəfi də var. Ruslana “Səbail”dən yaxşı təklif gəldi. Biz o klubun Ruslana təklif etdiyi pulu verə bilməzdik. Aramızda danışıq oldu, razılaşdıq. Məsələ maaş məsələsidi. Biz “Səbail”də aldığı maaşı verə bilməzdik. Klubun qaydaları var, maaşın maksimum həddi var. Balans lazımdı. Bizim və Ruslanın razılığı ilə transferə imkan verdik. Biz bu transferdən pul qazanmadıq. Biz Ruslanı satmamışıq. Pul əldə etməmişik. Ruslan bizə gələndə danışığımız olmuşdu ki, qışda yaxşı təklif olsa, komandanı dəyişmək istəsə, ona mane olmayacayıq. Ona görə də pul almadıq, qazanmaq niyyəti güdmədik”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью