Biz sülhün əldə olunmasına çox yaxınıq Tramp

04.10.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biz Yaxın Şərqdə sülhün bərqərar olmasına çox yaxınıq.
Ölkə.az xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib. 
"Bunu həyata keçirməyimə kömək edən ölkələrə təşəkkür etmək istəyirəm: Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və bir çox başqa ölkələr bu işdə çox səy göstərdilər. 
Bu, böyük bir gündür. İşlərin necə cərəyan edəcəyini görəcəyik. Biz razılaşmanı yekunlaşdırıb hər şeyi konkretləşdirməliyik ", - Tramp qeyd edib.
O əlavə edib ki, ən əsası girovların valideynlərinin yanına qayıdacaqları anı səbirsizliklə gözləyirəm. 

Tramp həmçinin qeyd edib ki, biz böyük dəstək aldıq: “Bu müharibənin sona çatması və Yaxın Şərqdə sülhün hökm sürməsi üçün hamı həmrəy idi. Və biz buna nail olmağa çox yaxınıq".
Xatırladaq ki, HƏMAS artıq ABŞ-ın Qəzzada atəşkəs və sülhə dair təkliflərini qəbul edib. Tramp bunun üçün Fələstin hərəkatına həftə sonuna qədər vaxt verib. Bundan əvvəl İsrail artıq Amerika liderinin sülh planına razılıq verib.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью