“Biz Suriyanın dinc olmasını istəyirik”

09.12.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hazırda Suriyada yeni bir dövr başlayıb. İndi diqqəti gələcəyə yönəltmək lazımdır”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Gələcəkdə biz müxtəlif etnik və dini qrupların sülh içində və əhatəli idarəçilik anlayışı ilə yaşadığı Suriyanı arzulayırıq. Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə biz bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью