Biz tez bir zamanda iki ölkə arasında münasibətlərin normallaşmasına ümid edirik

24.07.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan biri də həbsdə olan rusiyalı jurnalistlərin azadlığa buraxılması ola bilər”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz tez bir zamanda iki ölkə arasında münasibətlərin normallaşmasına ümid edirik, xatırlatmaq istərdim ki, Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim olunub. Biz dərhal jurnalistlərimizin azadlığa buraxılmasını xahiş etmişik", - deyə siyasətçi vurğulayıb.

Zaxarova qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər çətin dövrünü yaşayır. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью