Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO-ya daxil olmaqdır..." Ukrayna hətta NATO-ya dəvət alsa belə, öz Silahlı Qüvvələrinin sayının azaldılmasına razı olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərlə görüşü zamanı bəyan edib.
Məlumatı "pravda.com.ua" nəşri yayıb. "Ən yaxşı təhlükəsizlik zəmanəti güclü ordu, böyük ordudur, Avropada ən güclü ordudur.
Ordumuzun gücünü məhdudlaşdırmağa bizim ixtiyarımız yoxdur, bu, istənilən halda, hətta NATO-ya dəvət edilsək də, belədir.
NATO-da olmayanadək biz risk edə bilmərik", - Zelenski bəyan edib.
O, qeyd edib ki, Ukrayna üçün ən başlıca təhlükəsizlik zəmanəti NATO-ya daxil olmaqdır.
Eyni zamanda Zelenski o cümlədən "sanksiyalar və maliyyə" də daxil olmaqla zəmanətlərin bütün mümkün növlərinin nəzərdən keçirildiyini deyib.