Biz vəziyyətin gərginləşməsini istəmirik

27.07.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir.

“Ölkə.az” xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi “Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-nin İsrailin İrana hücum etməsinə icazə verməsi və ardınca öz hücumları Tehranda inamsızlıq yaradıb: “İndi atəşkəs davam edir. Bu, yaxşıdır. Biz vəziyyətin gərginləşməsini istəmirik, amma eyni zamanda şəhərlərimizi, mülki insanlarımızı qorumaq üçün nə lazımdırsa, edərik”.

Nazir müavininin fikrincə, İsrailə qarşı həmrəylik gücləndirilməli, ABŞ-yə təzyiqlər artırılmalıdır: “Çünki İsrailə əsas dəstək göstərən güc ABŞ-dir. ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırması, onu BMT-nin Təhlükəsizlik Şurasında qorumaması üçün təzyiq göstərilməlidir. Əks halda rəsmi Təl-Əviv başqa ölkələrə də hücum edə bilər. Bu, bütün region üçün son dərəcə təhlükəli ssenaridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью