Biz xalqımızı cəhənnəmdən keçirmişik Paşinyan

04.04.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Biz Ermənistan Respublikasını geosiyasi tələdən çıxardıq və onu sülh limanına çatdırdıq".

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının səkkizinci fövqəladə konfransında çıxışı zamanı bildirib.

"Fəxr etməliyik, çünki bütün bunlar hər siyasi qüvvənin bacardığı iş deyil. Biz cəhənnəmdən keçmişik, xalqımızı cəhənnəmdən keçirmişik və xalqımızla birlikdə bu sülhü müdafiə etməliyik. Sülh bu gündür; o, buradadır, o, indidir. Ermənistan Respublikası vətəndaşları və Vətəndaş Müqaviləsi Partiyası tərəfindən idarə olunan hamımız sülh uğrunda ayağa qalxmalıyıq", - deyə Paşinyan bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью