Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq. "Şəfa"nın prezidenti Sərdar Salmanzadə Sportal.az saytına müsahibə verib.
- Beş oyunda komanda maksimum nəticə qazanmağı bacarıb. Mövsümöncəsi “Şəfa”dan gözləntilər yüksək idi.
Özünüz necə, bu cür nəticənin olacağını ehtimal edirdiniz? - Beş oyunda beş qələbə qazanmaq Allahın qismətidir.
Əlbəttə ki, bu cür nəticə qazanacağımızı ehtimal edirdik. Buna görə də, iki güclü heyət yığmışıq.
Başda baş məşqçimiz Elgiz Kərəmli olmaqla, futbolçularımıza və hər kəsə təşəkkür edirəm ki, maksimum nəticə əldə etmişik.
- Bu gün komanda I Liqanın iki iddialı komandası qarşılaşacaq.
Yəqin ki, “Səbail”lə oyunöncəsi beş tura maksimum xal toplamağınız da önəmli idi? Bu matç çempionluq yolunda nə qədər həlledici ola bilər?
- “Baku Sportinq”lə görüş çox önəmli idi. Çünki rəqib komandanın ev oyunlarını keçirdiyi stadionun ot örtüyü çox pis vəziyyətdədir.