Biz zəhmətkeş komandayıq Ronaldo

28.09.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"İmişli" Misli Premyer Liqasının 6-cı turunda lider "Zirə" ilə qollu bərabərliyə razılaşıb. 

Debütantın braziliyalı oyunçusu Ronaldo de Souza Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib. 

Müdafiəçi matçla bağlı belə danışıb:

“Böyük əzmkarlıq və fədakarlıqla yaxşı oyun göstərdik. Bilirdik ki, “Zirə” favoritdir, amma meydana çıxanda baş məşqçimizin bizə hər gün aşıladığı mentaliteti nümayiş etdirdik. Bir daha sübut etdik ki, biz zəhmətkeş və həmrəy komandayıq. Meydanda güclü və birləşmiş kollektiv olduğumuzu açıq şəkildə göstəririk”.

Qeyd edək ki, 6 turda 8 xal toplayan "İmişli" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью