Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Biz potensial olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlaşırıq”.
“Times of Ukraine” teleqram kanalı xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.
O həmçinin, tezliklə tərəflər arasındakı danışıqların növbəti raundu barədə məlumat verəcəyini açıqlayıb.
R. Umerov əlavə edib ki, budəfəki görüş zamanı tərəflər atəşkəs və girovların mübadiləsini nəzərdən keçirib.