Bizdə dədə babadan adətdir, özündən alıb, özünə gedirlər

25.01.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb.

"Oğlum hazırda əsgərlikdədir. Gələn kimi ona 7 gün 7 gecə toy edəcəyəm. Bizdə dədə-babadan adətdir. Özündən alıb, özünə gedirlər. Mən heç kimi gözaltı etməmişəm. Əvvəllər "asaram-kəsərəm" deyirdim. Amma mən onların heç vaxt hisslərinə qarşı olmaram. Böyük hörmətlə yanaşıram onların hisslərinə. Oğlum kimi istəsə, onu da alacağam. Kürəkənim də uzaq qohumumdur" deyə, Elnarə Abdullayeva bildirib.

Qeyd edək ki, sənətçinin qızı Xədicə ötən ilin yayında ailə qurub. (Axşam.az)
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью