Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. Ölkəmizdə qadın və kişi münasibətləri bəzi hallarda çox da ürək açan deyil.
İllər keçdikcə ailə dəyərlərinin pozulması və xəyanət kimi problemlər artmaqda davam edir.
Belə vəziyyətlə qarşılaşdıqda kişilərin daha çox xəyanətə meyilli olduğunu müşahidə edirik.
Maraqlıdır ki, niyə məhz ölkədə kişilərin xəyanəti daha çox olur?
Sfera.az-a açıqlama verən Nizami Orucov bu məsələnin bir neçə mərhələli səbəblərlə izah olunduğunu deyib.
Onun sözlərinə görə, bunun ən başlıca səbəbi cəmiyyətin hələ də patriarxal olmasıdır: “Kişilərə davranış baxımından daha geniş sərbəstlik verilir və onların xəyanəti bəzən “kişidir də” deyə bağışlanır.
Halbuki qadın üçün bu hal çox sərt şəkildə qınanır. Bu ikili standart kişilərdə məsuliyyətsiz davranışların artmasına səbəb ola bilir”.
N.Orucov bu halın yalnız cəmiyyətlə əlaqədar olub-olmaması ilə bağlı qeyd edib ki, təbii ki, şəxsi psixoloji amillər də var: “Kişilər çox zaman emosiyalarını ifadə edə bilmir, duyğusal yaxınlıq ehtiyaclarını münasibət daxilində deyil, kənarda kompensasiya etməyə çalışırlar.