Shownews portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bakının Sabunçu rayonundakı bu ərazi “Qaraçılar məhəlləsi” kimi tanınır.
Burada qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər.
“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, həmin sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur.
Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən.
Həyat yoldaşını iş dalınca - dilənməyə göndərən sakinlərdən biri evdə oturub uşaqlara baxdığını deyir: “21 yaşım var, həyat yoldaşım da 20 yaşındadır.
Yeddi ildir evliyik, üç övladımız var. Bizim ailədə qadınlar dilənir, biz isə evdə otururuq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.