Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan bu il “AI-92” markalı benzinin idxalını 9 dəfəyə yaxın artırıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14 faiz azdır.
Belə ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda benzin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb.
2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub.
Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur. Həmçinin, bu göstərici 2024-cü ildə 8.77 min ton təşkil edib.
Beləliklə, idxalın dəyəri 2024-cü ildə 7.01 mln dollar təşkil etmişdisə, bu il benzin idxalına xərclənən vəsait 31.72mln ABŞ dolları olub.
Tam oxu
Xəbəri oxu