Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 20 yanvar, AZƏRTAC Doğma Bakının ən hündür nöqtələrindən birində yerləşən müq
Xalqımız azadlıq və suverenlik yolunda canlarını fəda edən qəhrəman övladlarını hörmət və ehtiramla yad edir.
Aradan 35 il keçsə də, bu yolda şəhid olanlara hər il yas saxlayırıq, onların unudulmaz xatirəsini kədər hissi ilə anırıq.
Əlbəttə ki, bu, heç də səbəbsiz deyil: Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sinələrini tankların, topların, ölümsaçan güllələrin qabağına verərək öz qanları ilə şanlı tarix yazdılar.
Bugünkü müasir Azərbaycana, müstəqilliyə qovuşduğumuza görə onlara borcluyuq.
20 Yanvar isə təkcə kədər, hüzn və matəm günü kimi deyil, hünər və qəhrəmanlıq tarixi kimi xatırlanır.
Məhz bugünkü tam və suveren Azərbaycana gətirib çıxaran yol 35 il əvvəl onların şəhidliyi ilə başladı.
Həmin gün xalqımızın yaddaşında ən şərəfli, yaddaqalan və unudulmaz bir tarix kimi həmişə yaşayacaq.