Bizdən görün, kimlərin azad edilməsini tələb edirsiniz Ben Qvir

10.10.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir HƏMAS-la əldə olunan razılaşmanı sərt şəkildə tənqid edərək ABŞ nümayəndələrinə sual verib: “Hitlerlə də razılaşma imzalayardınız?”

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, İsrail hökuməti HƏMAS-la əldə edilən razılaşmanı təsdiqləmək üçün toplaşıb. Görüşdə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də təxminən 30 dəqiqə iştirak ediblər.

Sessiyada çıxış edən Ben Qvir sərt mövqe sərgiləyib:

“Burada azad olunacaq terrorçuların siyahısına baxıram – körpə qatiləri, qadın zorlayanlar. ABŞ belə insanları heç vaxt azad etməzdi. Sizin dəstəyinizi və səylərinizi qiymətləndirirəm, amma gəlin dürüst olaq - siz belə bir razılaşmanı dəstəkləməzdiniz. Sülhdən və iqtisadi razılaşmalardan danışırsınız, amma HƏMAS-la sülh mümkün deyil. Onlar bizi öldürmək istəyir”.

Uitkoff şəxsi bir hadisə ilə cavab verib:

“Mən sizi anlayıram, amma bir hekayə paylaşım. Oğlum narkotikdən öldü. Məsul şəxsi öldürmək istəyirdim. Amma məhkəməyə çatanda onun valideynlərini gördüm - utanan və bağışlanmaq istəyən insanlar. Mən də bağışladım”.

Ben Qvir: Cənab Uitkoff, fərq də elə bundadır: 7 oktyabrda bizi qətlə yetirənlər bağışlanma istəmir. Onların ailələri onlarla fəxr edir. Onlar qətli tərənnüm edirlər. Onlar yəhudiləri öldürmək istəyirlər.

Cared Kuşner: HƏMAS beynəlxalq aləmdə təcrid olunub və çəkindirilib.

Ben Qvir: Bəs siz Hitlerlə sülh bağlayardınızmı? HƏMAS elə Hitlerdir. Onlar bizi məhv etmək istəyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью