Bizə dedilər ki, zərərçəkənlərin ziyanını ödəməyə kömək edin ŞİRVANŞAHLAR Residencenin lay…
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belarusdan Azərbaycana ekstradisiya edilən, "Simpatiya-S" MMC-nin rəsmi şəxsi olan, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Ağasəmid Məhərrəmov və Lamiyə Vəliyevanın növbəti məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tərlan Məmmədov ifadə verib: "Simpatiya-S" MMC-nin təsisçilərindən biriyəm.
Bizə məlum oldu ki, Ağasəmid bəzi şəxslərə qanunsuz olaraq ev sənədləri verib, hansı ki, həmin evlər başqa şəxslərə məxsus olub.
Ağasəmid həmin binada təmir işləri ilə məşğul olub. Ağasəmid bizim digər şərikimiz Seyid Fərəcin yaxın qohumudur.
Onunla söhbət etdik, o müəyyən hissələri etiraf elədi və yaxın müddətdə bu problemləri yoluna qoyacağını söz verdi.
Biz bundan sonra özümüz polisə müraciət elədik. Biz MMC-də 5 təsisçi olmuşuq. Həmin MMC-də hərəmizin 18 faiz payımız olub.
Təqsirləndirilən Lamiyə xanım MMC-nin kargüzarı olub, Ağasəmid isə binada təmir işləri ilə məşğul olub.
Tam oxu
Xəbəri oxu