Bizə dərs verməsi qəbuledilməzdir İran

09.07.2026

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran NATO-nun Ankarada keçirilən sammitinin yekun bəyannaməsində yer alan Hürmüz boğazı və nüvə proqramı ilə bağlı müddəalara etiraz edib.

Metbuat.az xəbər verir ki, İranın Ankaradakı səfirliyi açıqlamasında ölkənin nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını və nüvə silahı əldə etmək niyyətinin olmadığını bildirib.

Bəyanatda qeyd olunub ki, Tehran Hürmüz boğazında gəmi keçidinin sərbəstliyinin təmin olunmasında daim məsuliyyətli mövqe nümayiş etdirib. İran tərəfi regiondakı təhlükəsizliyə təhdidin səbəbinin özləri deyil, bölgədənkənar aktorların qanunsuz hərbi müdaxilələri və sabitliyi pozan siyasəti olduğunu vurğulayıb.

Açıqlamada həmçinin ABŞ və İsrail diplomatiya əvəzinə hücum yolunu seçməkdə ittiham olunub. İran NATO-nun regional sülh və təhlükəsizlik məsələlərində ölkəyə “dərs verməsinin” və siyasət diktə etməsinin qəbuledilməz olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ və İran arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda Hürmüz boğazından keçən gəmilərin sayında da ciddi azalma müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью