Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsi anılıb.
Milli.Az xəbər verir ki, anım mərasimlərindən biri də "20 Yanvar" metro stansiyasında keçirilib.
Səhər saatlarından etibarən stansiyada xüsusi sükut hökm sürüb.
Metrodan istifadə edən sərnişinlər və şəhər sakinləri 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın zamanı həlak olan şəhidləri ehtiramla yad ediblər.
Qatar maşinisti Cahil Həsənov 19-dan 20-nə keçən gecə iş başında olanlardan biridir.
Onun sözlərinə görə, atışma səsləri gecə saatlarında eşidilib, yaralılar metro vasitəsilə daşınıb.
Maşinistlər bütün təhlükələrə baxmayaraq, yaralıların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün səhərə qədər fasiləsiz işləyiblər: "Gecə saat 11-də işimi qurtarıb evə gedəcəkdim.