“Bizə məxsus nə varsa hamısı Azərbaycana qaytarılacaq” | Icma.az
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir. “İşğaldan azad olunmuş ərazilərdə insanlarımızın məskunlaşması prosesi uğurla davam edir.
Təbii ki, torpağın sahibləri öz yurd-yuvasına qayıtmalıdır. Həmin ərazilərdə xeyli işlər görülüb.
Ərazilər minalardan təmizlənib, infrastruktur qurulub, yollar, tunellər, elektrik xətləri, su, qaz xətləri və s. çəkilib.
Eyni zamanda, yaşayış evləri tikilir və bu işlər davam edir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizə insanlarımızın köçürülməsi prosesi davam edəcək: “Qazaxın 4 kəndi işğaldan azad olundu.
Bu kəndlər Azərbaycan dövlətinin gücü nəticəsində bir güllə atmadan azad olunub.
Ermənilər real vəziyyəti başa düşüb ki, Azərbaycan bu əraziləri azad edəcək.
Tam oxu
Xəbəri oxu