​“Bizə Rusiya bazası lazım deyil!” “O bizə heç nə vermir”

17.09.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gümrüdəki Rusiya hərbi bazası ətrafında müzakirələr səngimir.

“AzPolitika” xəbər verir ki, İrəvanda keçirilən tədbirdə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdəki 102-ci Rusiya hərbi bazasının mövcudluğunun məqsədəuyğunluğu ilə bağlı narahatlığını bildirib.

Paşinyan iddia edib ki, Ermənistan öz ərazisində Rusiya bazasının qalmasında maraqlı deyil: 

“Bizə Rusiya bazası lazım deyil. Rusiya onu çıxarmaq istəsə, sabah çıxara bilər. Əgər saxlamaq istəsələr, Ermənistanda ehtiyacımız olmayan bir şeyin saxlanılması şərtlərini müzakirə etməyə hazırıq! Bu mövqedə aydın olmayan nə var? Mən açıq danışıram: 102-ci hərbi bazanın mövcudluğu Ermənistana təhlükəsizlik baxımından heç nə vermir.

Ancaq biz bu məsələni qaldırmadıq, çünki Rusiya dost ölkədir. İstəsələr, sabah bazalarını çıxara bilərlər və əgər saxlamaq istəsələr, biz məsələni müzakirə etməyə hazırıq!”.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью