Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bundan sonra sistem əhəmiyyətli bank təkcə aktivlərinin həcmi ilə deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsi üzrə müvafiq göstəricilər nəzərə alınmaqla müəyyən ediləcək.
Başqa sözlə, yeni ölçü göstəriciləri sırasına depozit portfelinin həcmi, bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankomatların, xidmət göstərilən POS-terminalların, habelə filialların sayı daxil olunub ki, bütün bunlar nəzərə alınması vacib amillərdir.
Lakin toxunmaq istədiyim məsələ başqadır. Bəli, sistem bankların hansı banklara deyildiyi aydındır.
Bəs ümumiyyətlə, belə bankların mövcud olması normaldırmı? Bu, nə dərəcədə qanuna uyğundur?
AMB-in açıqlamasında bildirilir ki, bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük demək deyil.
"Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir",- açıqlamada qeyd olunub.
Ancaq hesab edirəm ki, bu çox səhv yanaşmadır. Niyə? Ölkədə hazırda 22 bank fəaliyyət göstərir.