Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İnsan öz ölkəsini, torpağını, xalqını müdafiə edəndə niyə düşmən sayılmalıdır? Biz 70 il Sovet İttifaqı şəraitində yaşamışıq. Sovet İttifaqından 15 respublika var idi. Orada həm müsəlman ölkələri var idi, həm xristian ölkələri. Amma 15 respublikadan ibarət bir qurum idi. Biz heç vaxt bilmirdik kim xristiandır, kim müsəlmandır. Bizi elə böyütmüşdülər ki, hamı ilə dostluq edirdik. Hətta o vaxt ölkənin daxilində də bilmirdik ki, talış, kürd, ləzgi, avar, tat var”.
Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə söyləyib.
“Amma əvvəllər elə bilirdim ki, hamı eynidir. Çünki bizə bunu aşılamışdılar. Sovet dövründə filmlər də, mahnılar da, xüsusilə uşaqlar üçün çəkilən filmlər, cizgi filmləri, uşaqlar üçün yazılan mahnılar hamısı ibrətamiz idi. Uşaqların düzgün böyüməsi üçün idi, vətəndaş kimi formalaşması üçün idi. Heyvanları sevsinlər, insanları sevsinlər, hamı ilə dost olsunlar deyə idi. İndi isə vəziyyət dəyişib. Biz müsəlman ölkələrlə dost olduq, qardaş olduq, birlikdə oturduq-durduq. Amma bu dövrdə bizə tərbiyəsizlik aşılandı, əxlaqsızlıq aşılandı. Əgər bir insanın daxilində pozğunluq varsa, onsuz da o pozulacaq. Sadəcə bir təkan lazım idi. O təkan gəldi və pozulanlar bu yolu seçdi. İndi isə sanki pozğunluğun səsi daha çox çıxır, normal insanların səsi az eşidilir. Əxlaqsızlıq sözü ucuzlaşıb. Artıq tərbiyəli insan görəndə sevinirik. Gözəl ailə görəndə sevinirik. Normal qadın, normal kişi görəndə sevinirik. Mən şəxsən sevinirəm. Yaxşı insanlar var, gözəl ailələr var, tərbiyəli, savadlı gənclərimiz var. Yaxşı ki varlar. Amma faiz olaraq azdırlar və onlar da təsir altına düşə bilərlər. Mən Avropada da olmuşam, Rusiyada da, başqa ölkələrdə də. Orada insanlar hələ də 30 il əvvəlki kimi ədəb-ərkanlarını qoruyurlar. Geyimləri də, mədəniyyətləri də yerindədir”.
O bildirib ki, Şah İsmayıl Xətai öz dövründə bəlkə də çox uzaqgörən bir insan olub:
“Onun fikirləri bu gün də aktualdır, elə indiki dövr üçün də keçərlidir. O deyirdi ki, bir ölkədə əxlaqsızlıq çoxdursa, deməli, o ölkədə kişi azdır. Qadınları əxlaqsızlığa kim sürükləyir? Kişilər. Qadınların pozğunluğa düşməsi üçün şərait yaradan kimdir? Yenə də kişilər. Məhz buna görə də hər evdə mütləq yaxşı bir kişi olmalıdır. Qadınlar qulaqla sevir. Ona görə də ola bilər ki, bir anlıq çaşsın, yolu azsın. Amma ağıllı bir kişi, qeyrətli bir kişi, əsl kişi onun yanında olanda deyir: “Dayan. Stop. Özünə gəl.” O qadını o yoldan çəkib çıxara bilir. Bu fikrilər hamıya aid deyil. Yaxşı inlar var. Amma pozğunluğa meyil daha çox qabardılır və biz əsasən onu görürük”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə söyləyib.