Bizə zərər sadəcə sevdiyimiz insanlardan gəlir PSİXOLOQ AÇIQLADI | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şəxsi sərhədlərin qorunması üçün müəyyən şərtlərə əməl olunmalıdır.
Əgər fərd davamlı olaraq başqalarını məmnun etməyə çalışırsa, bu, onun şəxsi sərhədlərinin pozulmasına gətirib çıxarır.
Belə şəraitdə insan sərhədlərini müəyyənləşdirməkdə və qorumaqda ciddi çətinliklər yaşayır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, şəxsi sərhədləri qorumağın əsas şərtlərindən biri "yox" deməyi bacarmaqdır: "İkinci mühüm məqam isə fərdin nə istədiyini və nə istəmədiyini aydın şəkildə bilməsidir.
Əgər insan öz istəklərindən xəbərdardırsa, sərhədlərini daha effektiv şəkildə qoruya bilər. Əks halda, sərhədlərin pozulması labüddür".
Gülnar Orucova qeyd edir ki, bəzi insanlar manipulyativ davranışlar sərgiləyərək başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar: "Bu zaman manipulyasiyaya qarşı müqavimət göstərə bilməyən şəxslər öz sərhədlərini qoruya bilmirlər.
Tam oxu
Xəbəri oxu