Bizi ağır oyun gözləyir Veşoviç

12.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqası Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq"la matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o deyib: "Sabah bizi çətin rəqibə qarşı ağır oyun gözləyir. Həftə ərzində matça yaxşı hazırlaşmışıq. Xallara ehtiyacımız var. Ümid edirəm ki, sabah istədiyimiz oyunu nümayiş etdirib nəticə ilə evə qayıdacağıq və qələbə öz azarkeşlərimizlə qeyd edəcəyik".

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью