Icma.az, Fanat saytına istinadən bildirir.
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda ABŞ seçməsini 3:2 hesabı ilə məğlub etməsinə rəğmən, 1/16 finala adlaya bilməyən Türkiyə millisinin yarımüdafiəçisi Arda Güler azarkeşlərə səslənib.
Fanat.Az xəbər verir ki, "Real Madrid"in futbolçusu sosial şəbəkə hesablarında belə bir paylaşım edib:
"Sizi sevindirməyi və xoşbəxt etməyi, bizimlə qürur duymağınızı, birlikdə yeni tarix yazmağı çox arzulayırdıq. Üzr istəyirik. Bundan sonra milli formada hər matç bizim üçün bərpa şansı olacaq. Bizi bağışlayın".
Toğrul