Bizi belə sıxışdırmağa çalışırlarsa, alınmayacaq Elmar Baxşıyev

16.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:

"Ağır oyun oldu. Düşündüyümüz futbolu oynadıq. Uduzsaq da, yola davam etməliyik.
Qırmızı vərəqə? Sizcə, "qırmızı" var idi? Mən təkrara baxdım, heç "sarı" da yox idi. Bizi belə sıxışdırmağa çalışırlarsa, alınmayacaq. Meydanda cavabımızı verəcəyik".

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью