Bizi ilk təbrik edən İlham Əliyev oldu Kobaxidzedən təşəkkür

13.12.2024

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalibiyyətimizi ilk təbrik etməsi bizim üçün çox mühümdür. Bu diqqəti yüksək qiymətləndiririk”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Real Tv” yə müsahibəsində deyib.

“Bir daha cənab Əliyevə səmimi təbrikinə görə təşəkkürümü bildirirəm”, - hökumət başçısı söyləyib.

İ.Kobaxidze Gürcüstan və Azərbaycanın xalqları, dövlətləri və hakimiyyətləri arasında dostluğu yüksək qiymətləndirdiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью