Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın XXV Qış Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin İtaliyaya yola düşəcəyi tarix bəlli olub.
QOL.az-ın idman.biz saytlna istinadən yaydığı xəbərə görə, Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev bildirib ki, nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşəcək.
Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. Qeyd edək ki, Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.
Qeyd edək ki, Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da keçiriləcək, oyunlara isə fevralın 22-də yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycanı Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək. Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə mübarizə isə fevralın 7-də başlayacaq. Gender bərabərliyi prinsipinə uyğun olaraq, açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.