Bizi nə gözləyir: Gündəlik yoluxma 8 mini ötəcək... Müsahibə | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tibb professoru Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Doktor, ölkədə yoluxma sayı yenidən kəskin artıb. Sizin gözləntiləriniz nələrdir? - Say getdikcə artacaq.
Əgər indi yoluxma sayı 5 minə çatırsa, yaxın günlərdə bu rəqəm gündə 7-8 min arasında dəyişəcək.
Biz 10 gün əvvəl vəziyyətin belə olacağı barədə məlumat vermişdik.
Artım davam edəcək, çünki insanlar virusa, demək olar ki, əhəmiyyət vermirlər. COVID-i adi qrip xəstəliyi kimi qəbul edirlər.
- Sizcə, virusun öldürücülüyü nə qədərdir? - Azdır. 5 min yoluxma qeydə alınırsa, ölüm sayı 15-18 arasında dəyişir.
İnsanların xəstəxanaya müraciəti ağırlaşma zamanı baş verir, ölüm də yalnız bu halda qeydə alınır. - Omikron ştamından qoxmalıyıqmı? - Bəli.
Tam oxu
Xəbəri oxu