Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aktrisa Zarina Qurbanova tələbələri ilə birlikdə “Bilik Günü”nə özəl video hazırlayıb.
Axşam.az xəbər verir ki, aktrisa retro Azərbaycan musiqilərinə müraciət edərək tələbələri ilə birlikdə maraqlı parodiyalar çəkib. O, məqsədinin milli musiqimizin dəyərli sənətkarlarını və onların unudulmaz mahnılarını yeni nəslə tanıtmaq olduğunu bildirib:
“Bir müəllim kimi sənətkarlarımızı bu balaca istedadların gözü ilə izləmək məni bir ayrı qürurlandırdı. Parodiya sadəcə təqlid etmək deyil, müşahidə, obrazı duymaq və onu özünəməxsus şəkildə təqdim etməkdir. Düşünürəm ki, balalarımız bunu həm sevgi, həm də böyük həvəslə bacardılar. 15 Sentyabr – Bilik Gününüz mübarək!”.