Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bilirik ki, azadlıq düşmənləri yatmayıb. Onlar təbliğat maşınlarına və qanunsuz müdaxilə sxemlərinə milyonlarla dollar yatırmağa hazırdırlar".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA sessiyasında çıxışı zamanı bildirib.
XİN rəhbəri iyul ayında Ermənistanda keçiriləcək seçkilərdən danışarkən bildirib: "Onlar demək olar ki, limitsiz media resurslarına sahibdirlər, suveren seçimlərimizi sarsıtmaq, bizi qonşularımızla sonsuz münaqişənin qaranlığına qaytarmaq istəyirlər.
Bu çətinliklərə qarşı durmaq gündəlik fəaliyyətə çevrilib. Mən burada deyirəm ki, onlar uğur qazanmayacaq, cəmiyyətimiz yalanlara qarşı immunitet qazanıb və çətinliklə qazandığımız azadlıqları müdafiə etmək əzmi istənilən kölgəli əməliyyatdan daha güclüdür".
Ağarza Elçinoğlu