Bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur Rusiya lideri AzPolitika onlayn siyasiictimai qəzet

22.12.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın rəqibləri vəziyyəti gərginləşdirir, lakin bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Çox təhlükələr var, onlar artır və biz görürük ki, düşmənimiz vəziyyəti gərginləşdirir, eskalasiyanı gücləndirir”, - Putin bildirib.

Rusiya Prezidenti rəqiblərinin gec-tez kompromisə gələcəyinə ümidvar olduğunu vurğulayıb.

“Biz bu kompromisləri axtarmağa hazırıq, lakin bu, maraqlarımıza ziyan vurmamalıdır”, - Putin əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью