“Bizim azarkeşlər rəqibləri qorxuya salırlar”

19.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışıq. Dörd oyunun ikisində qalib gəlmişik, digər ikisində isə uduzmuşuq. Fikrimcə, çempionatın startını komandamız üçün qənaətbəxş saymaq olar”.

Futbolpress.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Əli Səmədov klubun rəsmi saytına müsahibəsində deyib.

Təcrübəli yarımmüdafiəçi müsahibə zamanı cari mövsümdə “sarı-göylər”in qarşısına qoyulan hədəfdən, öz oyunundan, eləcə də “Sumqayıt”la sabahkı görüşdən danışıb. O, gəncəli azarkeşlərin komandaya dəstəyini də xüsusi qeyd edib:

“Bizim mükəmməl azarkeşlərimiz var. Onlar doğma stadionda rəqiblərimizi qorxuya salırlar. Bu ab-havada oynamaq hər qonaq komanda üçün asan deyil. Fanatlar həmişə qələbə istəyirlər, tələbləri ciddi olur. Amma unutmaq lazım deyil ki, bizim də heyətimizə uyğun müəyyən potensialımız var. Hər bir halda, doğma publika önündə bütün ev oyunlarımızı qələbə ilə başa vurmağa çalışırıq. Fürsətdən istifadə edib bizə dəstək göstərən azarkeşlərimizin hamısına təşəkkürümü çatdırıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью