Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri Çində keçirilən müsabiqə üçün “Bizim Cəbiş müəllim” filmindən bəzi fraqmentləri Azərbaycan dilində səsləndiriblər.
Çinin 10-dan çox ali təhsil ocağının Asiya dilləri üzrə təhsil alan tələbələri arasında keçirilən “Asiyanın səsi” müsabiqəsinə universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında hazırlaşıblar.
“Xəzərin sədası” adlı komanda İkinci Dünya müharibəsi illərində Bakıda hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan sadə adamların mənəvi ucalığından söhbət açılan “Bizim Cəbiş müəllim” filmindən bəzi hissələri Azərbaycan dilində səsləndirərək müsabiqəyə təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə “Xəzərin sədası” komandasının işi 2-ci yerə layiq görülüb.
XQ