Bizim “Fiorentina” İdman və Biz | Icma.az
Icma.az bildirir, Idman.biz portalına istinadən. Səfər oyunlarında ən uzun müddətdir qol buraxmayan komandalar açıqlanıb.
İdman.biz xəbər verir ki, yüksək liqa klubları arasında rekord iki komandaya məxsusdur.
Onlardan biri Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin komandası son 5 səfərdə qapısını toxunulmaz saxlayıb.
Oktyabrın 5-də “Sabah”la görüşdə (1:1) qol buraxan Naxçıvan təmsilçisi 65 gündür qapısını meydan sahiblərinin üzünə “tilsimləyib”.
Bu müddətdə “Araz-Naxçıvan” rəqib meydanlarında xal da itirməyib.
“Şamaxı”, “Neftçi” və “Zirə”ni 1, “Kəpəz”lə “Səbail” 2 qolla üstələyən Baxşıyevin yetirmələri dekabrın 22-də “Qarabağ”ın qonağı olacaqlar.
Yüksək liqa klublarından yalnız “Fiorentina”nın davam edən oxşar seriyası var.
Florensiya təmsilçisi A seriyasındakı son 5 səfərdə qapısını toxunulmaz saxlaya bilib.
Tam oxu
Xəbəri oxu