Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. 2 insan varmı ki, barmaqlarının izləri eyni olsun?
Baxmaq ayrıdır, gördüklərini anlaya bilmək tamam başqa məsələdir.
Biz çox şey görürük, ancaq bu, azdır, gərək gördüklərimizi anlamağa çalışaq. Böyük adamların fərqi də gördüklərini anlamaqdan başlayır.
Gəlin uzağa getməyək, sağımıza-solumuza baxaq. Ağacların niyə yerdən göyə ucaldığına diqqət yetirək.Yazda ağacların yarpaq açmasını, payızda
Yaxud, əlimizi qarşımıza qoyub diqqətlə baxaq və bu yaradılışın mənasını anlamağa çalışaq.
Bir əldə beş barmaq, işləmək üçün hər barmaq da buğumlara bölünüb. Bundan gözəlini, daha mükəmməlini fikirləşmək mümkün deyil.
Arayıb-axtarsaq, mənasını da anlayacağıq. Siz dostunuzu, doğmanızı minlərlə insan arasında görsəniz, yəqin ki, tanıyacaqsınız.
Çünki onun üzü, sifət cizgiləri, boy-buxunu, səsi təkrarsızdır. Ola bilsin ki, oxşarları olsun, amma tam eyni ola bilməz.