Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, biz dağıdılmadan, işğaldan, hər yerə yayılmış yoxsulluqdan irəliləyişə, inkişafa, uğura doğru gəlib çatmışıq.
***
Prezident bildirib: “Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız, görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb”.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür.