Bizim İsrailə xüsusi rəğbətimiz var General

30.05.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizim İsrailə xüsusi rəğbətimiz var.

Axar.az xəbər verir ki, bu sözləri müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev BBC-nin İsrail və Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı hazırladığı xüsusi video-süjetdə bildirib.

Baş Qərargah rəisi İsraillə Azərbaycan münasibətlərini belə şərh edib:

"İsrail bizə dost ölkədir. Bizim İsrailə xüsusi rəğbətimiz var. Bir də ki, İsraillə xüsusi münasibətimiz var".

Video-süjetdə Azərbaycan İsrail münasibətlərinin tarixinə toxunulub və münasibətlərin bu günkü mənzərəsi, strateji müttəfiqliyin müxtəlif çalarları, hər iki ölkə və region üçün əhəmiyyəti təhlil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью