Bizim millətin mənfi xüsusiyyətləri... Fərqanə Qasımova qızını müdafiə etdi | Icma.az
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy mərasimindən yayılan görüntülər sosial media platformalarında müzakirələrə səbəb olub.
Mövlanənin toy günü mediaya verdiyi açıqlama zamanı "Fəriddən tələb edirəm və arzumdur" fikri, eyni zamanda sosial şəbəkə platformalarında yayılan videoları birmənalı qarşılanmayıb.
Bir sıra istifadəçilər onun səsləndirdiyi fikirləri və sərbəst davranışlarını tənqid edib.Müzakirələr fonunda Mövlanənin anası, Əməkdar artist Fərqanə Qasımova mövzuya münasibət bildirib.
OLAY yazır ki, o, News24.az-a açıqlamasında yaranan müzakirələri ciddi hesab etmədiyini vurğulayıb.Fərqanə Qasımovanın sözlərinə görə, Azərbaycan cəmiyyətində həm müsbət, həm də təəssüf doğuran yanaşmalar mövcuddur:“Cəmiyyətimizdə gözəl xüsusiyyətlərlə yanaşı, təəssüf doğuran məqamlar da var.
Ya yıxılanı qaldırırlar, ya da çox qabağa gedəni geri çəkməyə çalışırlar. Buna görə də bu məsələyə reaksiya vermək istəmədim.
Mənə elə gəlir ki, gözəl baxmaq və gözəl düşünmək gözəl qəlbdən irəli gəlir. Kimin qəlbi gözəldirsə, hər şeyi də gözəl görəcək.
Mən burada hər şeyi gözəl gördüm”.Əməkdar artist bildirib ki, onun üçün ən vacib məsələ övladının xoşbəxtliyidir:“Qızıma yalnız xoşbəxtlik arzulayıram.
Tam oxu
Xəbəri oxu